Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat: • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
• Yüksək keyfiyyətli risk modellərinin tətbiqi komponentlərini, çərçivələrini layihələndirmək və həyata keçirmək;
• Bankın əsas risk və gəlirlilik göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
• Bankda yeni qurulacaq və ya mövcud olan modellərin keyfiyyətinin yüksəldilməsi üçün aktiv şəkildə araşdırma aparmaq;
• Mövcud olan modelləri təkmilləşdirmək. Yeni qurulacaq modellərin yaradılması mərhələrində nəzarət və iştirak etmək;
• Ümumi Bank səviyyəsində tətbiq olunan modelləri risk müstəvisində qiymətləndirmək;
• Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
• Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatlar hazırlamaq.
Namizədə tələblər: • Ali təhsilli;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə sahib;
• Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilən;
• Statistika, riyaziyyat, maliyyə, iqtisadiyyat, iqtisadi kibernetika və ya Data Science istiqamətləri üzrə ali təhsili və ya ən azı 6 ay iş təcrübəsi olan;
• Python və ya R, SQL proqramlaşdırılma dillərini bilən. MS Word, MS Excel, MS Power Point proqramlarında yaxşı işləmək bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Data Science və ya Machine learning üzrə hər hansı sertifikatı olan, CFA və FRM üzrə hər hansı bir mərhələ keçəndir (bu namizədlərə əlavə üstünlük veriləcəkdir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Model risklərinin qiymətləndirilməsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 04-02-2021
Elanın bitmə tarixi: 06-03-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az