Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş barədə məlumat: • İnnovasiya Mərkəzinin Startup-ları ilə birbaşa əməkdaşlıq etmək və onları koordinasiya etmək;
• Startup-lar ilə İnnovasiya Mərkəzi arasında müqavilələr və aidiyyəti digər administrativ sənədlərin hazırlanmasına dəstək vermək və prosesi koordinasiya etmək;
• Bankın daxili struktur şöbələri ilə İnnovasiya Mərkəzinin Startup-larının biznes və texniki məsələlərinin müzakirəsi və dəyərləndirilməsi ilə bağlı əlaqələrini qurmaq və onlara dəstək olmaq;
• İnnovasiya Mərkəzinin Startup-larına dəstək verən Mentor və Konsultant şirkətlər və fiziki şəxslər ilə münasibətlərinin qurulmasını və koordinasiyasını icra etmək;
• Startup-ların mentorluq və təlim sessiayalarında iştirak etmək və onlardan cari vəziyyətləri ilə bağlı hesabatları əldə etmək;
• Təqdimat günlərinin təşkil edilməsində və hədəf kütləsinə çatdırılması və təqdimatında birbaşa iştirak etmək;
• Təqdimat günlərindən sonra Startup-lara maraq göstərən potensial İnvestorlar ilə onların görüşlərinin təşkil edilməsindən və koordinasiyasından cavabdeh olmaq;
• İnvestorların tələbləri ilə bağlı Startup-ların üzərinə düşən işin icra prosesini izləmək;
• Startup-ların layihələrində tətbiq etməli olduqları bütün işlərin icra statusları ilə bağlı İnnovasiya Mərkəzinin rəhbərliyinə mütəmadi olaraq hesabatlar vermək.
Namizədə tələblər: Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
• İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
• Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
• Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
• Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
• Agile Scrum metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tələbə və Rezidentlərlə iş üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 23-05-2021
Elanın bitmə tarixi: 22-06-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

• Korporativ bankçılığın yol xəritəsi və illik planlanması; • Rüblər ərzində ic[....]
© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az