Şəhər: Tovuz
İş qrafiki: Tam iş günü
Yaş həddi: 20-40
Təhsil: Natamam ali
İş təcrübəsi: 1 ildən aşağı
İş barədə məlumat: “Qarant Kredit” Lombard təşkilatı Tovuz şəhərində yerləşən filialları üçün “Kredit mütəxəssisi” vakansiyası elan edir.
İş barədə məlumat:
-Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və həyata keçirmək;
-Gecikmədə olan müştərilərlə əlaqə saxlamaq və aylıq ödənişlərin həyata keçirilməsini təmin etmək;
-Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə operativ xidmət göstərmək;
-Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyalarını həyata keçirmək;
-Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;
-Şirkətin daxili sistemini öyrənmək;
-Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
-Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;
-Əmək haqqı:350-500+bonus.
Namizədə tələblər: -Ali təhsil;
-Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
-Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
-Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
-Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
-Müştərini cəlbetmə bacarığı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi(Tovuz)" başlığı altında hr@qarantkredit.az elektron ünvanına göndərə bilərlər.