Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat: • Məhsulun biznes məntiqinin, back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
• Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-lərin hazırlanması;
• Mənbə kodlarının təhlili və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
• Unit və İnteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin (tools) hazırlanması;
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;
• Yeni texnologiyaların araşdırılması və tətbiqi;
Namizədə tələblər: • Back-end proqramçı kimi ən azı 2 illik təcrübəsi olan;
• Java8, Java EE, Spring Boot üzrə təcrübəsi olan;
• Versiya Kontrol Sistemləri (Git) üzrə bilikləri olan;
• RESTful APİ servislərin hazırlanması, istifadə olunması və tətbiqlərin performansının artırılması üzrə təcrübəsi olan;
• Obyekt yönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns üzrə bilikləri olan;
• Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları haqqında biliyi olan (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
• Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması üzrə təcrübəsi olan;
• Agile Scrum metodologiyası üzrə bilikləri olan;
• Mikroservis arxitekturası üzrə bilikləri olan (arzu olunandır);
• PL/SQL bilikləri olan (arzu olunandır);
• Agile komandasında proqramçı kimi iş təcrübəsi olan (üstünlükdür);
• Güclü problem həlletmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyəti olan bir şəxsdir


Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə olunan tarix: 31-07-2020
Elanın bitmə tarixi: 26-08-2020
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az