Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat: • Proqram təminatının vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra edilməsi;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış texniki sənədlərin tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
• Proqram təminatının geniş miqyasda istifadəsi və daha sürətli işləməsi üçün kodun optimallaşdırılması;
• Səhifələrin yazılmasında çeşidli işarə dillərindən (multiple sign language) istifadə edilməsi.
Namizədə tələblər: • Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib: OOP prinsipləri; HTML; JavaScript; CSS; XML; JSON; UI/UX Design;
• 2 ildən artıq iş təcrübəli (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
• Yüksək səviyyədə analitik bacarıqlara malik;
• Yeni trend və texnologiyalardan məlumatlı olan;
• Komandada işləmək bacarığına sahib;
• Agile idarəetmə metodologiyaları ilə idarəetmə və ya agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
• İngilis dili biliyinə sahib (texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün ən azı başlanğıc biliklərə sahib olmalıdır); Rus dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Front end üzrə proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 04-02-2021
Elanın bitmə tarixi: 06-03-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

• Tətbiqi məntiqi anlamaqla yanaşı, proqram təminatlarını hazırlamaq və alqoritm[....]
© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az