Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat: • Agile proqram təminatı mühəndisliyi sahəsində komandanın uğurunu təmin etmək üçün davamlı dəstək və kouçinqin göstərilməsi
• Komanda daxilində kollektiv qərar qəbul etmə, hədəflərin qoyulması və münaqişələrin həllinə aparan müzakirələri təşkil etmək və bu proseslərin effektivliyini təmin etmək
• Lazım olduqda komanda işində yaranan riskləri və xarici asılılıqları aktiv şəkildə idarə etmək, çətinlikləri aradan qaldırmaq və ya onların aradan qaldırılmasını təşkil etmək
• Qarşılıqlı etibarlı və təhlükəsiz komanda mühiti yaratmaq üçün Scrum komandası daxilində açıq ünsiyyəti mümkün edəcək müvafiq vasitələrin (məsələn, tracker lövhələri, JIRA) yaradılması və saxlanması üçün cavabdeh olmaq
• Davamlı olaraq nəticələr üçün komandanın birgə öhdəlik götürməsini təmin etmək və məhsuldarlıq məsələlərini həll etməklə komandanın performansını yaxşılaşdırmağa çalışmaq
Namizədə tələblər: • Scrum metodologiyasının biznes kontekstində tətbiqi sahəsində minimum 3 illik iş təcrübəsi olan;
• Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihəsi olan;
• Proqram təminatlarının mühəndisliyi və ya Layihələrin idarə olunması sahəsində təcrübə daxil olmaqla uğurla yekunlaşdırılmış 3 texniki layihəsi olan;
• Proqram tərtibatı və mühəndisliyi sahəsində ümumi təcrübəsi olan;
• Certified Scrum Master sertifikasiyası (CSM) olan (arzuolunandır);
• Yüksək motivasiyalı təşəbbüskar və eyni zamanda professional yanaşmalı komanda oyunçusu olan;
• Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;
• Geniş yayılmış və effektiv Agile üsullarını bilən: İstifadəçi hekayələri, Test-əsaslı mühəndislik, Davamlı inteqrasiya, Davamlı testinq, Cüt proqramlaşdırma, Avtomatlaşdırılmış testinq, Agile Oyunları və s.
• Komandanın istifadə etdiyi texnologiyalar barədə tətbiq oluna biləcək bilikləri olan;
• Agile mühitində tətbiq olunan digər geniş yayılmış üsullar və nümunələr ilə yaxından tanışlığı olan (məsələn, Burndown diaqramı, müxtəlif Retrospektiv formatları, qüsurların idarə olunması və s.)
• Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə olunan tarix: 31-07-2020
Elanın bitmə tarixi: 26-08-2020
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

• Komandalar arasında DevOps modelinin və CI/CD payplay-ın dizaynının tərtib olu[....]
© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az