Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş barədə məlumat: • Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
Namizədə tələblər: • Ali təhsilli;
• Sahə üzrə minimum 3 il təcrübəyə sahib;
• Bank məhsulları haqqında biliklərə sahib;
• CRM-sistemləri, Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
• Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
• (Arzuolunandır) Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
• (Arzuolunandır) Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitika üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 04-02-2021
Elanın bitmə tarixi: 06-03-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az