Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
İş təcrübəsi: 1 ildən aşağı
İş barədə məlumat: • Agile təcrübələri komanda işi zamanı tətbiq etmək;
• Məhsul üzrə Backlog idarəçiliyi üçün məhsul sahibi (PO) və İT analitikini istiqamətləndirmək və təlimlər keçirmək;
• Sprint hədəfinə çatmaq üçün maneələri aradan qaldırmaq məqsədilə komandaya rəhbərlik etmək;
• Scrum tədbirlərini təşkil etmək;
• Komandanın maneələri dəf etməsinə və perfomansını artırmasına kömək etmək.
Namizədə tələblər: • Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;
• Scrum metodologiyasının tətbiqi sahəsində minimum 1 illik iş təcrübəsi olan;
• Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihənin olması;
• Scrum Master sertifikasiyasına sahib;
• Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
• Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 12-04-2021
Elanın bitmə tarixi: 12-05-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

• Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət; • Te[....]
© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az