Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş barədə məlumat: • Bankın kredit siyasətinə uyğun olaraq təqdim edilmiş (təqdim edilməsi nəzərdə tutulan) ipoteka kreditləri üzrə işi təşkil etmək, ipoteka kreditlərinin bankdaxili normativ sənədlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək;
• Yeni ipoteka məhsullarının tətbiqini və cari ipoteka məhsulları üzrə şərtlərin dəyişdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun olaraq, digər struktur bölmələrlə birlikdə ipoteka kreditlərinin təhlilini (anderraytinqini) həyata keçirmək prossesinin idarə edilməsi;
• İpoteka kreditləşməsi üzrə bankdaxili normativ sənədlərin tələblərinin pozulması halları aşkar olunduqda, həmin uyğunsuzluqların aradan qaldırılması üçün səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;
• Bankda ipoteka MTK-lar üzrə kreditləşməsi üzrə zəruri hesabatlar hazırlamaq və onları aidiyyəti üzrə təqdim edilməsinə nəzarət etmək.
Namizədə tələblər: • Ali iqtisadi təhsili olan;
• İpoteka kreditləşməsi üzrə 4 il təcrübəyə malik olan (2 il rəhbər vəzifədə) ;
• Komandanın idarə edilməsi bacarığı olan;
• MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
• Azərbaycan dilini əla , rus və ingilis dillərini orta səviyyədə bilən;
• İnsanları dinləmə və eşitmə bacarığına sahib;
• Proaktivlik bacarığına malik;
• Özünəgüvən və insanları inandırma qabliyyətinə sahib;
• Yüksək analitik qabiliyyətlərə malik;
• Lider səriştələrinə malik olan şəxsdir.
Axtardığımız namizəd sizsinizsə öz CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İpoteka şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 04-02-2021
Elanın bitmə tarixi: 06-03-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az