Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat: • Xidmət göstərdiyiniz struktur-bölmələrin funksional rəhbərləri ilə hədəflərin təyin edilməsi və tətbiqinin kordinasiyası;
• Xidmət göstərdiyiniz struktur-bölmələrin təşkilati strukturunun dizaynı, ştat vahidlərinin, əməkdaş xərclərinin planlaşdırılması və yeni namizədlərin seçim prosesində iştirak;
• Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;
• Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
• Xidmət göstərdiyiniz struktur-bölmələrin əməkdaşlarının karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkili;
• Struktur-bölmələr üçün illik təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosedində iştirak və prosesə dəstək;
• Maddi və qeyd-maddi motivasiya sistemlərinin formalaşdırılmasında iştirak;
• Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz struktur-bölmələrin heyəti ilə sıx əməkdaşlıq.
Namizədə tələblər: • Ali təhsilli;
• İRİD üzrə minimum 5 il və idarəedici pozisiyada minimum 2 il iş təcrübəsinə sahib (iş təcrübəsi minimum 200 nəfərlik ştata malik olan şirkətdə olmalıdır);
• Yüksək səviyyədə Azərbaycan, İngilis dili biliyinə malik, Rus dili arzuolunandır;
• MS Office (Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək qabiliyyətinə malik;
• Yüksək səviyyədə ünsiyyət qurmaq və empatiya bacarığına sahib;
• İnsanları dinləmə və eşitmə bacarığına sahib;
• Proaktivlik bacarığına malik;
• Özünəgüvən və insanları inandırma qabliyyətinə sahib;
• Yüksək analitik qabiliyyətlərə malik;
• Lider səriştələrinə malik olan şəxsdir.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İR biznes tərəfdaş (HR business partner)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 13-01-2021
Elanın bitmə tarixi: 12-02-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az