Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş barədə məlumat:  Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
 Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
 Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
 Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarların icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
 Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
 Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək.
Namizədə tələblər:  Ali hüquqi təhsilli;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı olan;
 Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
 İcra işləri və problemli kreditlərlə bağlı 1-3 ilədək hüquqşünas təcrübəsi olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə olunan tarix: 21-04-2021
Elanın bitmə tarixi: 21-05-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az