Azərbaycan Beynəlxalq Bankı
Şəhər: Bakı
İş qrafiki: Tam iş günü
Təhsil: Ali
İş barədə məlumat: • Şöbənin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
• Bank fəaliyyətinin inkişafı və səmərəli təşkili məqsədilə yaradılan yeni məhsulların (xidmətlərin) və layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Şöbənin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
• Bankların fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklərin və dəyişikliklərin monitorinqini aparmaq;
• Öz fəaliyyəti ilə şöbənin işinin təkmilləşdirilməsinə dəstək göstərmək;
• Bankın fəaliyyətinə dair struktur bölmələrdən daxil olan, o cümlədən bank əməliyyatlarının həyata keçirilməsinə dair hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək.
Namizədə tələblər: • Hüquq/Beynəlxaq Hüquq üzrə ali təhsilli;
• Azərbaycan, Rus, İngilis dillərində danışıq və yazı bacarığı olan;
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olan;
• Bank, sığorta, investisiya sahələri üzrə iş təcrübəsi olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqi təhlil və korporativ işlər şöbəsi - Hüquqşünas” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.ibar.az
Əlavə olunan tarix: 02-06-2021
Elanın bitmə tarixi: 02-07-2021
Əlaqədar şəxs: HR
İş təklifi: Şirkətin özü
Email: cv@ibar.az
mənbə:

OXŞAR VAKANSİYALAR

© 2020. Saytın administrasiyası reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.
Əlaqə: info@vakantyer.az